Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şuşada "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda müzakirələr aparılıb

Şuşa, 7 iyun, Gülay Nəzərova, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 7-də Şuşada "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda beynəlxalq tədbir keçirilib. Tədbirdə müxtəlif ölkələrdən 30-dan çox xarici nümayəndə iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən hazırlanan və Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası prosesindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov açılış nitqi ilə çıxış edərək, azad olunmuş torpaqlarımızda enerji məsələləri, ərazilərin minalardan təmizlənməsi, eləcə də keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması ilə bağlı işçi qruplarının fəaliyyət göstərdiyini bildiriblər. Qeyd edilib ki, “yaşıl” enerji potensialı bölgəni davamlı inkişafa aparacaq.

Açılış mərasimindən sonra tədbir işini panel iclaslarla davam etdirib.

Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciyanın moderatorluğu ilə “Yenidənqurma, sülh və inteqrasiya” mövzusunda keçirilmiş birinci panel iclasında Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti səfir Suzan Elliott, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır, Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış edərək, azad olunmuş ərazilərimizdə böyük infrastruktur işlərinin görüldüyünü və bölgədə sülhün bərqərar olmasının inkişaf üçün vacibliyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üçün minaların təmizlənməsi mühüm rol oynayır və ölkəmiz bu zamana qədər minatəmizləmə sahəsində doğru addımlar atıb. Eyni zamanda, insanların doğma torpaqlarına qayıdışı, onların yaşayış şəraiti və işlə təmin olunmaları üzərində işlərin davam etdirildiyi bildirilib.

İrqçiliklə Mübarizə üzrə Avropa Şəhərlər Koalisiyasının (ECCAR) prezidenti Benedetto Zakçirolinin moderatorluğu ilə keçirilən “Mədəni irs və ortaq dəyərlər” mövzusunda ikinci panel iclasda çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, ICESCO-nun sabiq Baş direktoru Əbdüləziz əl-Tüveycri və UNESCO-nun xoşməramlı səfiri Hedva Ser “yaşıl” enerji potensialının bölgəni davamlı inkişafa aparacağını vurğulayıblar. Çıxışlar zamanı Qarabağın gələcəyinin və burada ətraf mühitin bərpasının iqtisadi artıma töhfə verdiyi qeyd edilib, ərazilərin işğaldan azad olunandan sonrakı və bugünkü mənzərəsi arasında çox böyük fərqlərin olduğu söylənilib. İşğal zamanı Azərbaycanın 200-ə yaxın tarixi abidəsinin dağıdıldığı, bu gün bu abidələrin mərhələli şəkildə yenidən qurulmasının və bərpasının həyata keçirildiyi diqqətə çatdırıb. Növbəti 4 il ərzində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Şuşaya bir neçə min nəfərin köçürülməsinin nəzərdə tutulduğu qeyd olunub.

Moldovanın sabiq Baş naziri Kirill Qaburiçin moderatorluğu ilə keçirilən 3-cü panel iclasda “Kapital və iqtisadi inkişafın uyğunlaşdırılması” mövzusunda müzakirələr aparılıb.

Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad edilmiş ərazilərə investisiyaların qoyulmasının, böyük şirkətlərin işğaldan azad edilmiş ərazilərə cəlb olunmasının əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, şirkətlərin “tax-free” xidmətindən istifadə edərək bu cür məskunlaşmalar üçün yatırımlar edə bilmə imkanları mövcuddur. Natiqlər, həmçinin işğaldan azad olunmuş ərazilərə qayıdış prosesindən, insanların əsas ehtiyaclarının ödənilməsi istiqamətində görülən işlərdən və qazanılan təcrübənin gələcəkdə məskunlaşma prosesində istifadə olunacağından danışıblar.

Gürcüstan Baş nazirinin keçmiş müavini Eka Tkeşelaşvilinin moderatorluğu ilə “Enerji və dayanıqlı inkişafın ekoloji çətinlikləri” mövzusunda keçirilən dördüncü panel iclasda Rumıniya parlamentinin üzvü, Rumıniya Baş nazirinin keçmiş müavini Ana Birçall, Maltanın sabiq Baş naziri Cozef Muskat, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev, Serbiyanın sabiq Prezidenti Boris Tadiç və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov müasir dünyadakı ən son çağırışlarla əlaqədar bərpaolunan enerji mənbələrinin çox vacib məsələyə çevrilməsindən dnaışıblar. Azərbaycanın Avropa üçün bərpaolunan enerji resurslarının ən böyük tədarükçüsünə çevrildiyi qeyd edilib, ölkəmizin “təmiz enerji”nin Avropa ölkələrinə nəqlinə mühüm töhfə verməyə hazır olduğu diqqətə çatdırılıb.

Panel iclası müzakirələrlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

AQTA Argentinadan məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib

Ermənilərin “Böyük Ermənistan” xülyası məğlubiyyətə düçar oldu – AÇIQLAMA

Yaşar Nəcəfov: Mənim üçün gözlənilən bir qələbə oldu

Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçiriləcək

Nikol Paşinyan: Bəzi qüvvələr İrəvanda qan tökmək istəyir

Qurumuş və qəzalı vəziyyətdə olan ağacların götürülməsinə dair müzakirələr aparılıb

ISESCO-nun sabiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tuveycridən

Fransada polis zorakılığına qarşı aksiyada 30 min nəfərin iştirakı gözlənilir

“Taxt Oyunları” formatlı kiberyarışın qalibi “Cyber Yashma” komandası olub

İqtisadiyyat nazirinin müavini Naftalanda vətəndaşlarla görüşüb

Saxta kampaniyalar və passiv gəlir əldə etməklə bağlı mesajlara qarşı diqqətli olun – Xəbərdarlıq

Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramları təqdim olunub

Yaşar Nəcəfov “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

“Bakı Təşəbbüs Qrupu” tərəfindən BMT-də Fransa müstəmləkəçiliyi ilə bağlı müzakirələr təşkil olunub VİDEO

Binə qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnir başa çatıb

İcma: Bu gedişlə Aİ Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesindən tam kənarda qalacaq

Sentyabrın 25-nə olan USD/AZN rəsmi məzənnəsi

İtaliya saytları Prezident İlham Əliyevin xalqa müraciətini diqqətdə saxlayıb

“AzerGold” QSC: Cari il üzrə 62,5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb

İnnovasiya üzrə İşçi qrupun iclası keçirilib

Əqli Mülkiyyət Agentliyində təlim kursunu uğurla başa vuran iştirakçılara sertifikatlar verilib

2030-cu ilə qədər Türkiyənin turizmdən 120 milyard dollar gəlir əldə etməsi gözlənilir

Azərbaycanın bir sutkada qazandığı qələbə nadir tarixi hadisədir – gürcü politoloq

Akademik Zərifə xanım Əliyevanın biblioqrafik göstəricisi hazırlanıb

Şarl Mişel BMT-də təcili islahatlar aparmağa çağırıb

Qida sahəsində fəaliyyət göstərən 4 müəssisədə nöqsanlar aşkarlanıb

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun iclası keçirilib

FHN-in Bakı Regional Mərkəzində tədbir: Milli tariximizin Heydər Əliyev dövrü tərəqqi və inkişaf mərhələsi olub

Bakı Musiqi Akademiyasında “Üzeyir Hacıbəylinin musiqi inciləri” adlı fotosərgi açılacaq

Azərbaycanda ilk dəfə "EKO Səfir Qızlar" proqramına qəbul başlayır

Erməni silahlılarının Tərtər rayonunun Canyataq yaşayış məntəqəsi yaxınlığında tərk etdiyi döyüş mövqeyi VİDEO

Azərbaycan-İndoneziya parlamentlərarası münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan Premyer Liqasında VII turun təyinatları açıqlanıb

“İrəvan” komandası üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

MAR-ın sabiq prezidenti ömürlük həbs cəzasına məhkum olunub

Qalib Sərkərdə qətiyyəti - ŞƏRH

Baş Prokurorluq: Şuşada baş verən mina hadisəsi üzrə araşdırma aparılır

Türkiyə Milli Kitabxanasının baş direktoru BDU-da ustad dərsi keçib

Bakı yol polisi sürücülərə müraciət edib

Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı olub

Azərbaycan Çində keçiriləcək Qlobal Dayanıqlı Nəqliyyat Forumunda təmsil olunacaq

Gələn il inflyasiya birrəqəmli həddə düşə bilər - İqtisadçı

Saatlıda evdən və mağazadan oğurluq edən şəxs saxlanılıb

Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi üçün layihələr hazırlanır

“Araz-Naxçıvan”ın baş məşqçisi azarkeşlərə müraciət edib

Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı məlumatların çatdırılması üçün portal hazırlanır

Avropanın məşhur futbol funksioneri "Neftçi"nin idman direktoru təyin olunub

Mirsalam Qənbərov: Bəzən agentliyə 500-dək qurumuş ağacın götürülməsi ilə bağlı müraciət daxil olur

Bakıda İƏT üzvü olan Ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının 6-cı iclası keçirilib

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi virtual “ƏDV geri al” hesabına köçürüləcək

Pakistanlı senator çətin dövrlər keçirən ölkələrə dəstəyinə görə Azərbaycana təşəkkür edib

Daxili İşlər Nazirliyi əhaliyə göndərilən saxta mesajlarla bağlı müraciət edib

AAYDA-nın sədri Masallıda vətəndaşların müraciətlərini dinləyib

Vurğun Hüseynov: Etiraf edirəm ki, komanda daxilində çatışmazlıqlar var

Milli Kitabxanada “Türk dünyası ədəbiyyatının tərlanları” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Vətən müharibəsi şəhidi Bilal Qənbərovun xatirəsi anılıb

Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilib

Ekspert: Azərbaycan 24 saatlıq antiterror tədbirləri ilə dünyada yeni nümunə yaratdı

“Taxt Oyunları” kiber yarışına start verilib

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlər QHT-lərin daim diqqətindədir - ŞƏRH

Əlilliyi müəyyən edilmiş uşaqların cəmiyyətə inteqrasiyası üçün tədbirlər görülür

Gülnarə Xəlilovanın üç kolleksiyası Özbəkistan və Qazaxıstanda təqdim olunacaq

Ədəbiyyat İnstitutunun alimlərinin məqalələri İraqda çap olunub

Azərsu: İşğaldan azad olunmuş ərazilərdən götürülmüş 7 su nümunəsi üzrə 327 analiz aparılıb

Bakıdakı Rus evində Müəllim gününə həsr olunmuş konsert keçiriləcək

Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasındadır

İtaliyalı jurnalist: Azərbaycan öz ərazisinin beynəlxalq səviyyədə tanınmış hissəsində suverenliyini təsdiqlədi

Ali Məhkəmə Elmi-məsləhət şurasının iclasında iştirak etmək istəyən hüquqşünaslara müraciət edib

Səkkiz ayda istehlakçılara 4,9 milyard kubmetr qaz satılıb

İRİA-nın rəsmisi: “Super portal” layihəsi üzərində müxtəlif dövlət qurumları ilə birlikdə işləyirik

Vatikanın dövlət katibi: Avropa Aralıq dənizindəki miqrasiya probleminin həlli üçün birləşməlidir

Dünya Bankı ilə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması müzakirə edilib

® “Azercell”in dəstəklədiyi milli komanda Yeniyetmələrin Avropa İnformatika Olimpiadasından Vətənə nailiyyətlə dönüb

Bakı Böyük Dəbilqə turniri: Azərbaycan cüdosunun maskotu təqdim olunub

Pambıqçılığın inkişaf etdirilməsi məqsədilə dünyanın ən qabaqcıl təcrübələri öyrənilir

Livanlı müəllim və şagirdlər ölkəmizə səfər ediblər

® “Kapital Bank”ın təşəbbüsü ilə “Data Talks” tədbiri baş tutdu

Salyanda mikroavtobus su kanalına düşüb, bir nəfər ölüb VİDEO

Macarıstan telekanalının efirində Qarabağda lokal xarakterli antiterror tədbirlərindən danışılıb VİDEO

Ermənistanın sabiq prezidentinin polis tərəfindən döyülən oğlu xəstəxanaya aparılıb

Şirvanda Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunub

Xalça Muzeyində “Xalçalarda musiqi” adlı sərgi davam edir

AZƏRTAC və Çinin Sinxua xəbər agentliyi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib VİDEO

BDU-nun əməkdaşları şəhid Nicat Əhmədovun məzarını ziyarət ediblər

“Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” e-xidməti istifadəyə verilib

Estoniyanın nümayəndə heyəti məşğulluq sahəsində Azərbaycan təcrübəsi ilə tanış olub

Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfransın tezisləri çap olunub

ADAU-da Beynəlxalq Ərzaq, Kənd Təsərrüfatı və Baytarlıq Elmləri üzrə VI beynəlxalq konfrans keçirilib

MDU-da “Tyutor xidməti” təlimləri başa çatıb

Rəsədxana: Payız fəsli Azərbaycana sentyabrın 23-də saat 10:49-da daxil olacaq

Səkkiz ayda Qəbələdə 9,1 milyon manatlıq sənaye məhsulu ixrac olunub

Macarıstan Aİ-nin Azərbaycanla bağlı birgə bəyanatına veto qoyub

Çin və Suriya strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb

Yaponiyada anomal isti səbəbindən 35 min nəfər xəstəxanaya yerləşdirilib

Azərbaycan Texnologiya Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir

2023-cü ilin Buker mükafatı üçün qısa siyahı elan edilib

Şuşa rayonu ərazisində mina hadisəsi baş verib

Sinqapur aeroportu sərnişinlərə pasportsuz səyahət imkanı yaradacaq

Bakı Böyük Dəbilqə turniri: Azərbaycanın iki cüdoçusu yarımfinala çıxıb