MƏDƏNİYYƏT


Şuşada beynəlxalq konfransın üçüncü plenar sessiya keçirilib

Şuşa, 20 may, AZƏRTAC

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans davam edir.

AZƏRTAC xəbər verir ki, konfransın mayın 20-də keçirilən üçüncü plenar sessiyası “Keçmiş problemlər - gələcək perspektivlər: urbisid kontekstində irsin idarə olunması siyasətinin tətbiqi” mövzusuna həsr edilib.

Üçüncü plenar sessiyada Mədəni irs üzrə ekspert Alessandro Bianki, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, Romualdo Del Bianko fondunun Baş katibi Simone Ciometti, “Cultural Futures LLC” təşkilatının direktoru Terri Sandel, ICOMOS-un Azərbaycandakı prezidenti Sədaqət Davudova, Viafrancigena mədəni marşrutunun elmi komitəsinin üzvü Kristian Şule çıxış ediblər.

Çıxış edənlər bildiriblər ki, Şuşa nəinki Azərbaycan üçün, həm də region üçün ciddi əhəmiyyətə malik bir məkandır. Qarabağda həyata keçirilən bərpa prosesi dünya üçün yeni bir nümunə olur və burada öyrəniləsi çoxlu dərslər var.

Diqqətə çatdırılıb ki, mədəni fəaliyyətlər eyni zamanda ölkədə turizmin inkişaf etməsinə böyük töhfə verir. Tarix və irs mədəni bərpanın əsasıdır. Tarixi bilərkən ərazi haqqında geniş təsəvvür əldə edilir.

Panelin sonunda iştirakçıların sualları cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.