Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonra açılışı olub YENİLƏNİB VİDEO

Şuşa, 29 avqust, AZƏRTAC

Avqustun 29-da Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar.

Qeyd edək ki, 1982-ci il yanvarın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olmuşdu. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verdi və həmin ilin 29 iyul – 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirildi.

Muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdi. Dördkünc quruluşa malik və mərmərlə bəzədilən türbənin inşası məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınaraq, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdi. Məqbərənin inşasında xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə yer verilmişdi. Türbənin daxilində Molla Pənah Vaqifin heykəltəraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulmuşdu. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edildi. Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə - yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi.

Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. 2021-ci ilin mart ayından başlayaraq türbə ilkin mərhələdə konstruktiv müayinədən keçirilərək, tələb olunan hissələr üzrə gücləndirmə tədbirləri araşdırılıb və bu çərçivədə işçi layihələr hazırlanıb. İşçi layihələr əsasında xarici mütəxəssislər tərəfindən təyin edilən xüsusi kimyəvi materiallarla elementlərin konstruktiv bərpa işləri yerinə yetirilib, korroziyaya qarşı əlavə tədbirlər görülüb. Həmçinin abidənin dam örtüyü yenidən qurulub. Topoqrafiya işləri nəticəsində əldə edilən məlumatlar üzrə, o cümlədən ərazidə axtarış işləri keçirməklə qırılmış, dağılmış üzlük hissələrin əldə edilməsi ilə birlikdə abidənin ilkin ölçülərinin bərpası məqsədilə memarlıq işçi layihələri hazırlanıb. Bu layihələr əsasında isə fasadın və daxili hissələrin divar səthləri mərmərlə üzlənib və abidənin tarixi görkəmi bərpa edilib.

Bundan əlavə, ərazidən tapılan tökmə alüminium şəbəkə nümunəsi əsasında hazırlanmış işçi layihələr üzrə bütün şəbəkə və dekorlar, o cümlədən giriş qapısı tökmə üsulu ilə alüminium materialdan tarixi ölçüləri qorunmaqla hazırlanıb, Şuşa şəhərinə gətirilərək layihə üzrə quraşdırılıb. Salonun mərkəzində qəbir daşı üzərində qara mərmərdən sənduqə qoyulub, ilkin formanın bərpası nəzərə alınmaqla büst ağ mərmərdən işlənib hazırlanaraq quraşdırılıb.

Abidənin hər detalında tarixi görkəm qorunub saxlanılıb. Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub, yağış suları üçün drenaj xətləri və elektrik xətləri çəkilib quraşdırılıb. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənib. Eyni zamanda, ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonra açılışı olub YENİLƏNİB VİDEO

NYT: HƏMAS İsraillə məhbus mübadiləsi formulu ilə razılaşmayıb

“QGallery”də Kamran Məmmədovun “Təfsir” adlı fərdi sərgisi açılıb

Polkovnik: Nuru Paşanın adı Azərbaycan hərb tarixində daim yaşayacaq

Bolqarıstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

ABŞ Hərbi Hava Qüvvələri süni intellektə malik min pilotsuz qırıcı qəbul etməyi planlaşdırır

Azərbaycan həndbol millisi seçmə mərhələdə Litvaya məğlub olub

Akif Aşırlı: Nuru Paşanın Azərbaycan qarşısında xidmətləri böyükdür

Salyanda yol qəzası baş verib, xəsarət alanlar var

Azərbaycan cüdo millisi Avropa Kubokunda birinci yeri tutub

“Neftçi”nin baş məşqçisi: Düşünürəm ki, 4:1 hesablı məğlubiyyət ədalətli nəticə deyildi

İngiltərə Premyer Liqası: "Mançester Siti" doğma meydanda "qırmızı şeytanlar"ı məğlub edib

Türkiyə Superliqası: “Qalatasaray” derbidə “Beşiktaş”a qalib gəlib

Qurban Qurbanov: İstəkli komandaya qarşı oynadıq

Azərbaycan komandası tarixində ilk dəfə elektron idman növü üzrə yarışın qalibi olub

Azərbaycan gimnastları Almaniyada iki medal qazanıblar

Azərbaycan Premyer Liqası: “Qarabağ” derbidə “Neftçi”ni məğlub edib

Antalya Diplomatiya Forumu başa çatıb

Ombudsman: Minaların dəqiq xəritələrini təqdim etməsi üçün Ermənistana təzyiq göstərilməlidir

Azərbaycan Avropa İttifaqı üçün mühüm enerji müttəfiqidir ŞƏRH

Bakıda Nuru Paşa ilə bağlı anım tədbiri təşkil olunub YENİLƏNİB VİDEO

Professor: Forumda Azərbaycanla Türkiyənin Avropanın enerji təhlükəsizliyində mühüm rolu vurğulanıb

Azərbaycan boksçusu İtaliyada lisenziya turnirinə qələbə ilə start verib

Premyer Liqa: “Səbail” səfərdə “Qəbələ”yə qalib gəlib

Sumqayıt həkimləri konfrans zamanı cərrahiyyə əməliyyatını birbaşa izləyiblər

Şəki-Zaqatala bölgəsinin məktəbliləri fənn müsabiqələrinin rayon (şəhər) mərhələsində biliklərini sınayıblar

Xaçmazda minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb VİDEO

Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumuna verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib

İmişlidə dəm qazından boğulan yeniyetmə xəstəxanaya yerləşdirilib

DİM: Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verib

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində Cənub Qaz Dəhlizinin əhəmiyyətini bir daha diqqətə çatdırdı - RƏY

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Naxçıvanda olimpiada və fənn müsabiqələrinin rayon mərhələsi keçirilib

Belqrad Şəhər Assambleyasına yeni seçkilər keçiriləcək

Azərbaycanın bəzi rayonlarında yollar buz bağlayacaq

Hakan Fidan Sergey Lavrovla Qafqazda sülh prosesini müzakirə edib VİDEO

Ağdərədə ilk dəfə buraxılış imtahanı keçirilib

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi üçün mühüm vasitə ola bilər

Şəki, Qəbələ və Oğuzda buraxılış imtahanlarında heç bir qanun pozuntusuna yol verilməyib

Bərdədə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 8 binada təşkil olunub

Petru Antone Tomasi: Fransadan Korsika xalqının hüquqlarının tanınmasını tələb edirik VİDEO

Bu gün Ümumdünya Vəhşi Təbiət Günüdür

Mina partlayışı nəticəsində yaralanan Ağdam sakini əməliyyata götürülüb

Aktotı Raimkulova: Antalya Forumu dünyadakı mənfi proseslərin diplomatik yolla həllinə töhfəsini verəcək

Sabah paytaxtda hava əsasən yağmursuz, bəzi bölgələrdə isə yağıntılı olacaq

Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Almaniyada yaşayan azərbaycanlı kibercinayətkarlıq sahəsində hüquq doktoru olub

Azərbaycanla Əlcəzairin enerji sahəsində əməkdaşlığı müzakirə olunub

Odessada yaşayış binasına dron hücumu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

Ağdamda baş vermiş mina partlayışı ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılır VİDEO

Azərbaycan boksçularının Dünya Olimpiya Təsnifat Turnirindəki rəqibləri bəlli olub

Ağdam sakini minaya düşüb

NİİM: Hazırda imtahan keçirilən təhsil müəssisələrinin ətrafındakı yollarda sıxlıq müşahidə edilmir

Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 14-ə çatıb

Cənubi Koreyanın hərbi kəşfiyyat peyki Pxenyanın şəkillərini çəkib

Antalya Diplomatiya Forumu bu gün başa çatır

Prezidentin “Euronews”a müsahibəsi beynəlxalq aləmdə böyük maraq doğurub - RƏY

Aşpazlıq mənim üçün iş, yaxud hobbi deyil, birbaşa həyatdır – gənc peşəkarın uğur hekayəsi

Xaçmazda qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanıb

Korsikalı etirazçı: Fransa dövləti məsuliyyətini dərk etməli, Korsikadakı hazırkı siyasi vəziyyəti nəzərə almalıdır VİDEO

Haitidə həbsxanaya hücum olub, yüzlərlə məhbus azad edilib

Paskal Alberini: Fransa mediası xalqın səsini eşitmir, dezinformasiya xarakterli məlumatlar yayır VİDEO

3 Mart Uşaqların Beynəlxalq Televiziya və Radio Verilişləri Günüdür

Slovakiya XİN rəhbəri: Sanksiyalar Rusiya-Ukrayna böhranının həllinə kömək etməyəcək

Qırmızı dənizdə batan yük gəmisində 21 min ton gübrə olub

İnanıram o parlaq günə

FIFA göy vərəqənin tətbiqinin əleyhinədir

İtaliyada kiçik təyyarə qəzaya uğrayıb, pilot və sərnişin həlak olub

Ağdərədə ilk dəfə buraxılış imtahanı keçiriləcək

Bu gün 52 mindən çox XI sinif şagirdi buraxılış imtahanı verəcək

Göygöldə ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO

Qırmızı dənizdə quru yük daşıyan gəmi batıb

Alimlər hansı hava şəraitinin insult riskini artırdığını müəyyən ediblər

İtaliya gəmisi Qırmızı dənizdə husilərin PUA-sını vurub

Hakim İspaniya çempionatının matçında "Real Madrid"i qələbədən məhrum edib

Çexiya hakimiyyəti etiraz aksiyaları keçirmək istəyən fermerlərin tələblərini təmin etməyə çalışır

Yanvarda AKİA tərəfindən 58 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib

Xankəndi–Bakı ultra marafonu: Ucardan start götürən üçüncü mərhələ Hacıqabulda başa çatıb FOTO

Almaniya Kansleri Qərb ölkələrinin hərbçilərinin Ukraynaya göndərilməsinə qarşı çıxıb

Maldiv adalarında dənizdə batan qayıqdan 13 nəfər xilas edilib

HƏMAS İsraillə danışıqları davam etdirməyə hazır olduğunu açıqlayıb

Kənd təsərrüfatı məhsullarının ixracı dəyər ifadəsində 12,1 faiz artıb

Azərbaycan və Gürcüstanın qadın şahmatçıları arasında növbəti yoldaşlıq görüşü keçirilib

Şair Sahib Məmmədov: Nə qədər varıq, kitablar da bizimlə birgə var olacaq

Türkiyə Superliqası: "Fənərbağça" səfərdə vacib üç xal qazanıb

Samuxda 2000 ağac əkilib

Azərbaycan QHT-ləri Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondunun rəhbərlərinə açıq məktub ünvanlayıb

Azərbaycan Kuboku: "Sabah" və "NTD-İndiqo" qalib gəlib

Azərbaycanın xarici işlər naziri qazaxıstanlı həmkarı ilə görüşüb

Ceyhun Bayramov: COP Üçlüyü çərçivəsində Braziliya ilə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var

Beynəlxalq Muğam Mərkəzində Rusiya Elmlər Akademiyasının 300 illiyi qeyd olunub

Kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Bastiada korsikalılar Fransa repressiyasına qarşı etiraz nümayişi keçiriblər YENİLƏNİB VİDEO

Kamera və Orqan Musiqisi Zalında Eynaudinin əsərləri səsləndirilib

COP29 çərçivəsində TDT ilə mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib

Premyer Liqa: "Sabah" evdə “Araz-Naxçıvan”ı məğlub edib

DİN narkotik vasitələr və onun fəsadları barədə maarifləndirici qısametrajlı film hazırlayıb VİDEO

Artan yük tələbatını qarşılamaq üçün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi işləri yekunlaşır