MƏDƏNİYYƏT
Şuşada hərbçilərin Novruz şənliyinə həsr olunan videoçarx hazırlanıb
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Televiziyası Novruz bayramı ilə əlaqədar videoçarx hazırlayıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videoçarxda baş rolda Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Şuşada xidmət edən hərbçiləri çəkilib. DİN-in dəstəyi ilə çəkilən çarxda hərbçilərin Şuşa qalasının Gəncə qapısı qarşısında tonqal qaladığı və ətrafına yığışdığı görünür. Onlar Novruz xonçasını açaraq bayramın ənənəvi şirniyyatları ilə samovar çayı içir, tonqaldan tullanır. Sonda isə hərbçilər əllərində Azərbaycan bayrağı tutaraq Şuşanı, Vətəni qoruduqlarını nümayiş etdirirlər.
Fon musiqisi kimi Azərbaycanın xalq mahnısı “Sarı gəlin” seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]