ELM VƏ TƏHSİL


Şuşada keçiriləcək beynəlxalq elmi konfransa hazırlıq məsələləri müzakirə edilib

Bakı, 24 iyun, AZƏRTAC

AMEA-nın İqtisadiyyat İnstitutunda “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” konfransına hazırlıqla əlaqədar təşkilat komitəsinin növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, təşkilatçı qurumların məsul əməkdaşlarının iştirak etdiyi tədbirdə konfransın formatı və təşkili ilə bağlı çoxsaylı məsələlər müzakirə olunub. Konfransın Şuşa şəhərində 2 gün ərzində davam etməsi və ehtiyac yaranarsa, daha bir elmi sessiyanın Bakıda təşkil olunması məqsədəuyğun sayılıb. Həmçinin konfransda iştirakı nəzərdə tutulan xarici qonaqlarla məsləhətləşmələrin gedişi müzakirə edilib.

Qeyd edək ki, “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” beynəlxalq elmi-praktik konfransı Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində bu il sentyabrın 18-19-da keçiriləcək. Konfransa “Qarabağda yeni iqtisadiyyat quruculuğu və mədəniyyət sahələrinin inkişafı” və “Şuşada kreativ iqtisadiyyatın formaslaşdırılması” bölmələri üzrə məruzə mətnlərinin qəbulu davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.