REGİONLAR


Şuşada müasir və dayanıqlı elektrik şəbəkəsi qurulacaq

Şuşada müasir və dayanıqlı elektrik şəbəkəsi qurulacaq

Şuşa, 10 mart, Xəyalə Cəfərova, AZƏRTAC

Son bir ildə Şuşa şəhərini dayanıqlı su təchizatı ilə təmin etmək üçün müvafiq qurumlarımız böyük işlər görüblər. Bu sahədə artıq işlərin birinci mərhələsi yekunlaşıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Onun sözlərinə görə, hazırda Şuşada şəhərdaxili su-kanalizasiya şəbəkəsinin layihələndirmə işləri aparılır. Bu ilin ortalarından inşaat işlərinə başlanılacaq.

Şuşada müasir elektrik şəbəkəsinin qurulacağını söyləyən Prezidentin xüsusi nümayəndəsi bununla da gələcəkdə bu qədim şəhərdə dayanıqlı enerji şəbəkəsinin olacağını bildirib: “Həmçinin görüləcək işlər sayəsində yaxın bir neçə il ərzində Şuşaya təbii qaz veriləcək.”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.