İDMAN


Şuşada şahmat üzrə beynəlxalq turnir keçiriləcək

Şuşada şahmat üzrə beynəlxalq turnir keçiriləcək

Bakı, 16 iyun, AZƏRTAC

Şuşada şahmat üzrə beynəlxalq turnir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov təşkilatın mətbuat xidmətinə açıqlamasında məlumat verib. O, deyib: “Böyük qürurla tarixi Şuşada şahmat turnirinin keçiriləcəyini bildirirəm. Azərbaycanın tarixi mədəniyyət mərkəzi Şuşada beynəlxalq turnir Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq”.

Federasiya prezidenti Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunacaq yarışın təşkilati məsələləri üzərində işin başladığını vurğulayıb: “Təşkilati işlərdə Gənclər və İdman Nazirliyi ilə yanaşı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də yaxından iştirak edir. Qadın və kişi şahmatçılar arasında təşkil olunacaq turnir rapid və blits formatında olacaq. Sentyabrın 21-24-də keçiriləcək Şuşa turnirində ölkəmizin və dünyanın məşhur şahmatçılarının iştirakını planlaşdırırıq. Azərbaycan milli komandasının bütün üzvlərinə dəvət göndəriləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.