CƏMİYYƏT


Şuşada şəhid olan Rəşad Rəhimovun xatirəsi yad edilib

Bakı, 16 iyul, AZƏRTAC

İyulun 16-sı Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Rəşad İlqar oğlu Rəhimovun ad günüdür.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə şəhidin ailə üzvləri, dostları və iş yoldaşları onun məzarını ziyarət edib, ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad ediblər.

Ziyarət mərasimində çıxış edənlər bildiriblər ki, Rəşadın ürəyi vətənə sevgi hissi ilə döyünürdü. Onun ən böyük arzularından biri torpaqlarımızı azğın düşmənlərdən azad görmək idi. Ona görə də ötən ilin payızında Vətən müharibəsi başladığı ilk gündən könüllü olaraq döyüşlərdə iştirak edib. Müharibənin ilk günündən düşmənin müdafiə xəttinin yarılmasında, Zəngilan, Qubadlı və Şuşa istiqamətlərdə gedən döyüşlərdə igidlik nümunəsi göstərib. Ötən il noyabrın 9-da Şuşada döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Bakıda İkinci Fəxri xiyabanda dəfn edilib.

Qeyd edək ki, Rəşad İlqar oğlu Rəhimov 1985-ci il iyulun 16-da Tərtərdə anadan olub. Ali məktəbi bitirəndən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinə daxil olub və kursu uğurla başa vuraraq leytenant rütbəsi alıb. Zabit və tağım komandiri kimi xidmət göstərib. 2008-ci ildə ehtiyata buraxılıb. 2010-2011-ci illərdə Hərbiləşdirilmiş Mühafizə İdarəsində, 2011-ci ildən isə “Azərpoçt” MMC-də fəaliyyət göstərib.

Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.