CƏMİYYƏT


Şuşadakı Yuxarı Gövhərağa məscidində camaat namazı qılınıb, azan verilib

Şuşa, 11 iyul, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Şuşaya səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, dini konfessiya rəhbərlərinin iştirakı ilə Yuxarı Gövhərağa məscidində camaat namazı qılınıb, “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib və azan verilib.

Türkiyənin Azərbaycandakı səfirliyinin dini müşaviri Zəki Yavuz Yılmaz Yuxarı Gövhərağa məscidində “Yasin tapşırma” duası oxuyub, şəhidlərin xatirəsi anılıb.

Qeyd edək ki, səfərdə Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban-udi dini icmasının rəhbəri Robert Mobili, Rus Pravoslav kilsəsinin nümayəndələri və Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvləri iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.