REGİONLAR


Şuşalı şəhidimiz Bəxtiyar Quliyevin anası Şuşa şəhərini ziyarət edib

Şuşa, 6 oktyabr, T.Ağaməmmədov, AZƏRTAC

Şuşalı şəhidimiz Bəxtiyar Quliyevin anası Nadejda Alekseyevna Toloknova (Quliyeva) Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə müraciəti əsasında Şuşa şəhərini ziyarət edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi əməkdaşlarının müşayiəti ilə şəhidimizin ailəsi öz evlərinə, İsa bulağına və digər məkanlara baş çəkiblər.

Nadejda xanım 1953-cü ildə Rusiyada anadan olub, 1969-cu ildə Sabir Quliyevlə evlənərək Şuşaya köçüb. Onların 4 övladı dünyaya gəlib və Hacı Yusifli məhəlləsində yerləşən evlərində 1992-ci il may ayının 8-nə kimi yaşayıblar. Hazırda Nadejda xanımın evi və anası Vera Stepanovna Toloknovanın Şuşada olan qəbri erməni vandalizminə məruz qalaraq dağıdılmışdır. Quliyevlər ailəsi Şuşa işğalına məruz qalandan sonra Bakı şəhərinə köçüblər.

Böyük övladı Bəxtiyar Quliyev 1994-cü ildə könüllü olaraq Vətənin müdafiəsinə qalxmış, Ağdam rayonu ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.