İDMAN


Şuşalı uşaqlar üçün futbol bayramı

Bakı, 9 iyun, AZƏRTAC

Ölkəmizdə yeniyetmələrin və uşaqların, o cümlədən məcburi köçkün və qaçqın ailələrindən olan uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və idmanın digər növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək məqsədilə “Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir Sabunçu rayonunun Ramana-450 qəsəbəsində məskunlaşan Şuşa rayonundan olan məcburi köçkün ailələrinin uşaqlarının təhsil aldığı Malıbəyli kənd 1 saylı tam orta məktəbdə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, AFFA-nın birinci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Xankəndi şəhərindən seçilmiş deputat Flora Qasımova, YAP Şuşa rayon təşkilatının sədri, təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Malıbəyli kənd 1 saylı tam orta məktəbin direktoru Günəş Hüseynova, Şuşa Rayon Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əbülqasım Novruzov və “Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsinin koordinatoru Kərim Ağayev iştirak ediblər.

Tədbirin sonunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən uşaqlara müxtəlif idman ləvazimatları hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.