CƏMİYYƏT


Şuşanı azad edən xüsusi təyinatlı əsgərlərimizin qəhrəmanlığı hərb tarixinin ən layiqli səhifələrindən biridir

Bakı, 1 dekabr, AZƏRTAC

Əlbəttə ki, sevincimiz hədsizdir. Biz bu günün yolunu illər boyu gözləmişik. Düzdür, bu sevincin yolu çox uzun, çox keçməkeşli oldu, amma ən nəhayət ki, oldu. Bu yolda qurban gedən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Cəsur Vətən müdafiəçilərini dünyaya gətirən anaların önündə baş əyirəm.

Dekabrın 1-də Laçının düşmən işğalından azad olunması ilə əlaqədar keçirilən yürüş iştirakçısı, əslən Laçından olan Elnur Kərimli bu sözləri AZƏRTAC-ın müxbirinə deyib.

O, 2016-cı ilin aprelində erməni qəsbkarlarına qarşı döyüşün iştirakçılarındandır. İkinci Qarabağ döyüşlərində iştirak etmədiyinə görə isə təəssüflənir: “Çox istəyirdim ki, mən də qalib ordumuzun əsgərləri sırasında olum. Hər an, hər dəqiqə buna hazır idim. Ancaq əsgər qardaşlarımız, ön cəbhədə olan cəsur hərbçilərimizin fədakarlığı sayəsində buna ehtiyac olmadı. Onların göstərdiyi rəşadət hər cür alqışa layiqdir. Belə oğulları olan Vətən fəxr edə bilər! Belə döyüşçüləri, belə igidləri, belə Ali Baş Komandanı olan millət xoşbəxtdir. Xalqımız bu qələbəyə qovuşmaq üçün çox əziyyətlərə qatlaşıb. Bugünkü sevinc onun halal haqqıdır və çox yaraşır.

Mənə elə gəlir ki, bu döyüşün elə ayrı-ayrı səhifələri var ki, hərb tarixinə düşməyə layiqdir. Xüsusilə Şuşa kimi mürəkkəb relyefə malik bir şəhəri azğın düşməndən azad edən xüsusi təyinatlı əsgərlərimizin qəhrəmanlığı hərb tarixinin ən layiqli səhifələrindən biri olmağa layiqdir. Xalqımızı təbrik edirəm və hesab edirəm ki, bir də Qarabağ torpağına düşmən ayağı dəyməyəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.