MƏDƏNİYYƏT
Şuşanın işğalına həsr olunmuş tədbir təşkil edilib
Bakı, 10 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Hövsan Mədəniyyət Sarayı M.A.Əliyev adına Mədəniyyət evi ilə birgə Şuşanın işğalına həsr olunmuş tədbir təşkil edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, dəyirmi masa işğal zamanı şəhid olmuş soydaşlarımızın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Azərbaycanın dilbər guşələrindən olan Şuşanın işğalı barədə məlumat verilib. Bildirilib ki, 1992-ci il mayın 7-dən 8-nə keçən gecə Qarabağın dilbər guşəsi Şuşa şəhəri erməni silahlı biləşmələri tərəfindən işğal edilib və yerli əhali qəddarlıqla öldürülüb.
Sonda Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialının xalqımızın başına gələn faciələrə həsr olunmuş kitablardan ibarət təşkil etdiyi sərgiyə baxış keçirilib.