Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şuşanın məhəllələri

Şuşanın məhəllələri

Bakı, 21 fevral, AZƏRTAC

Zaman keçdikcə Şuşa qalası böyüyüb inkişaf etdikcə onun ərazisində əhali sıxlaşır və tədricən məhəllələr əmələ gəlirdi. Yeni məhəllələrin adları orada yaşayan əhalinin ictimai vəziyyəti, məşğul olduqları peşə və sənət sahələri ilə əlaqədar idi. Hər məhəllə onun yerləşdiyi sahənin xüsusiyyətinə, orada yaşayan əhalinin milli mənsubiyyətinə, əhalinin haradan köçüb gəldiyinə, yerin adına və məhəllə sakinlərinin mənsub olduğu dini təriqətə görə adlanırdı.

Bu fikirlər Qarabağ tarixinin tanınmış tədqiqatçısı Vasif Quliyevin “Şuşanın məhəllələri” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Şuşa qalasında salınan ilk məhəllə “Çuxur məhəllə” olub. Çuxur sözünün mənası “dərinlik”, “aşağı çökmüş”, “oyulmuş sahə”, “çala” deməkdir. Yerin yaşayış üçün əlverişli olduğunu və hərbi baxımdan strateji əhəmiyyətini görən Pənahəli xan Cavanşir qalanın bünövrəsini burada qoymuşdu. O, əvvəlcə dairəvi və düzbucaqlı bürclər, müşahidə məntəqələri, xəbərdarlıq qalacıqları, atəş nöqtələri olan möhkəm və qalın divarlı hasarlar, ilkin olaraq özü, qardaşı, övladları üçün imarətlər ucaltmışdı. Sonralar xanın qohum-əqrəbaları da burada bir-birinə yaxın ikimərtəbəli evlər tikdiriblər.

Şəhərin aşağı hissəsində yerləşən bu məhəllə coğrafi cəhətdən tutduğu mövqeyə görə həmin yerin adını götürüb və Şuşanın tarixinə “Çuxur məhəllə” kimi daxil olub.

“Köçərli” Şuşanın şimal-qərbində qədim məhəllədir. XVIII əsrin ortalarında Cavanşir mahalının Köçərli kəndindən köçüb gəlmiş Məhəmməd adlı (Firidun bəy Köçərlinin ulu babası) bir nəfər burada kök salıb, sonralar onun övladları köçərlilər kimi tanınıb və yaşadıqları məhəllə də ”Köçərli” adlandırılıb.

Qədim məhəllələrdən olan “Qurdların” ilk və əsas sakinləri Aşağı Qarabağdan köçüb gəlmişlər. XVIII əsrin axırlarında Cənubi Azərbaycan xanlıqlarının və Quba xanlığının aramsız basqınları nəticəsində həmin kəndlərin sakinlərinin bir hissəsi Şuşaya pənah aparıb, bir yerdə məskunlaşaraq öz kəndlərinin adını yaşadıqları məhəllənin adında əks etdiriblər.

“Quyuluq” şəhərin şərq hissəsində yerləşən məhəllədir, əvvəllər təpəlik olmuşdur. Təpəliyin yerində vaxtilə hamam vardı. Sonralar ora zibil və peyinlə basdırılıb və təpəlik əmələ gəlib. Ona görə də həmin məhəllənin adı xalq arasında “Quyuluq” kimi qalıb.

“Hacı Yusifli məhəlləsi” - burada ilk evi Qarabağın sayılıb-seçilən şəxsiyyətlərindən və şəhərin ilk sakinlərindən olan divanbəyi Hacı Yusif ağa Hacı Rəhim ağa oğlu tikdirib, qohum-əqrəbasını yanına toplayıb. Məhəllədə yaşayanların əksəriyyəti Hacı Yusif ağanın nəslindən olduğu üçün onlara “Hacı Yusiflilər” deyirdilər. Elə o vaxtdan da məhəllənin adı onun ilk sakininin və yaradıcısının adı ilə “Hacı Yusifli” adlandırılıb.

“Dəmirçilər məhəlləsi”nin ilk sakinləri türkdilli Dəmirçilər tayfasından olmuşdur. Mir Mehdi Xəzaninin yazdığına görə, dəmirçiləri Qarabağa Şuşa qalasını tikərkən Türkiyənin Qars şəhərindən Pənahəli xan Cavanşır gətirib, xanlığın müxtəlif yerlərində, o cümlədən Pənahabadda kompakt şəkildə məskunlaşdırılıblar. Onların yaşadıqları məhəllə isə öz adları ilə “Dəmirçilər” adlandırılıb.

Şəhərin qədim məhəllələrindən olan “Saatlı”nın ilk sakinləri türkdilli Saatlı tayfasından olub. Əvvəllər saatlılar Arpaçayın aşağı axarı və Arazın sağ sahillərində yaşayıb, XV əsrin 30-cu illərində ayrımlarla qarışaraq Qazax zonasında kök salıblar. 1795-1797-ci illərdə Ağa Məhəmməd şah Qacarın hücumları ilə əlaqədar olaraq onların bir hissəsi Qarabağa köçüb, bir çox yerlərdə, o cümlədən Şuşa şəhərində də məskunlaşıblar. Yaşadıqları məhəllə isə öz adları ilə “Saatlı” adlandırılıb.

Şuşada salınmış sonuncu məhəllə “Çöl qala”dır. Bu məhəllənin sakinləri qala divarları tikilib başa çatandan sonra köçüb gəldiklərinə və qaladan kənarda məskunlaşdıqlarına görə şəhər əhalisi onları “çöl qalalı”, yəni “qalanın çölündə yaşayanlar” adlandırıb və həmin vaxtdan da məhəllə bu adla tanınıb. Şuşanın xeyriyyəçi şəxsiyyətlərindən olan Hacı Nəsir Rza oğlu 1889-cu ildə həmin məhəllədə bulaq tikdirib.

“Culfalar məhəlləsi”nin böyük bir hissəsi, əsasən culfaçılıq sənəti ilə, yəni bez istehsalı ilə məşğul olur, əl dəzgahlarında pambıq parçalar toxuyur, müxtəlif geyim nümunələri hazırlayırdılar. Bu sənətlə məşğul olanlara “culfalılar” deyilirdi və onların yaşadıqları məhəllə isə “Culfalar”adlanırdı.

Şuşanın ilk məhəllələrindən olan “Hacılı”nın sakinləri əsasən indiki Füzuli rayonunun Hacılı kəndindən köçüb gəlmişdilər. Sonralar Şuşa qalasının qalabəyisi Məhəmmədxan bəy kənddən bir neçə ailə də gətirib burada məskunlaşdırıb. Həmin məhəllənin sakinlərinin şəhərin tikilməsində və inkişafında mühüm xidmətləri olub. Daha sonralar “Hacılı məhəlləsi” “Merdinli məhəlləsi” ilə birləşib və onun adı camaatın dilindən silinib.

“Ayaqyalın qurdlar”, yaxud “Lütlər” “Qurdlar məhəlləsi”nin bir hissəsidir. Şəhərin ən kasıb məhəlləsi idi. Burada, əsasən, yoxsul təbəqə kustar üsulla gön-dəri istehsal edən dabbaqlar yaşayırdı. Onlar dərini ayaqyalın tapdaladıqlarına görə də məhəllə ”Ayaqyalınlar”, yaxud “Ayaqyalın qurdlar” adlanırdı.

Şuşa qalasının mərkəzi və iri məhəllələrindən olan “Merdinli”nin əsas əhalisi Cavanşir-Dizaq mahalından Merdinli, Dədəli, Yağlavənd, Seyidmahmudlu, Zərgər, Qaraxanbəyli, Hacılı və s. kənd və obalardan gəlmədir. Say etibarilə ən çoxu Merdinlidən olduqları üçün onların məskunlaşıb yaşadıqları məhəllə də həmin kəndin adı ilə adlandırılıb.

Şuşanın qədim və ilk məhəllələrindən biri də “Hamamqabağı”dır. Qala şəhər kimi inkişaf etməyə başlayan vaxt Şərq mədəniyyətinin rəmzlərindən olan hamam binasını İbrahimxəlil xanın əmisi oğlu Əbdüssəməd bəy Cavanşir tikdirmişdi. Şəhər böyüdükcə də bu hamamın ətrafında, xüsusən də qarşısında çoxlu yaşayış evi tikilmiş və böyük bir məhəllə yaranmışdı. Ona görə də burada yaşayan əhali öz yaşayış yerlərinə həmin adı vermişdi.

XIX əsrin əvvəllərində Şuşanın ən hündür nöqtəsində yaranıb formalaşan “Ağadədəli məhəlləsi” öz adını Ağa adlı bir nəfərin adından alıb. Buranın ilk sakinləri Qarabağın Dədəli kəndindən idi. Həmin məhəllədə əsasən İbrahimxəlil xanın nəvəsi, general-mayor və şair Cəfərqulu xan Cavanşirə - Nəvaya məxsus rəiyyət yaşayırdı.

“Mamayi məhəlləsi”nin əsas əhalisi XVIII əsrin son illərində Qarabağın Dəmirçihəsənli mahalının Mamayi və Xocavənd obalarından köçüb gəlmiş, Şuşada məhəllə salaraq kompakt halında yaşamışdır. Say etibarilə xocavəndlilər az olduğuna görə onlar mamayilərə qarışaraq özlərinə ayrıca məhəllə yarada bilməyiblər. Mamayilər isə saldıqları məhəlləni öz obalarının adı ilə adlandırıblar.

“Çuxur məhəllə” salınıb formalaşandan sonra şəhərdə yaranan ən qədim məhəllələrdən biri də “Xanlıq aradır”. Əvvəlki adı “Mir” olub, lakin Qarabağ xanlarının imarətlərinin lap yaxınlığında yerləşdiyi üçün sonralar məhəllənin adı dəyişdirilərək el arasında “Xanlıq ara” adlandırılıb. Vaxt keçdikcə məhəllənin kiçik ərazisi “Çuxur məhəllə”yə qarışıb və bu ad yavaş-yavaş unudulub.

Şuşanın qədim və kiçik məhəllələrindən biri də “Keştazlı məhəlləsi”dir. XVIII əsrin ikinci yarısında Qarabağın Keştasf nahiyəsindən bir oba Cavanşir mahalında məskunlaşmışdı. İbrahimxəlil xanın dövründə həmin obadan bir neçə ailə Şuşa qalasına köçürülmüşdü və onların yerləşdiyi məhəllə “Keştazlı” adlandırılırdı. XIX əsrin axırlarında bu məhəllə qonşu, daha iri məhəllələrə qarışdığından adı tarix səhifəsindən silinib.

Əsasən sənətkar və tacirlərin yaşadığı məhəllə “Təbrizli” adlanırdı, ilk sakinləri Pənahəli xan Cavanşirın dövründə Ərdəbil, Zəncan, əksəriyyəti isə Təbrizdən gətirilmiş, əvvəlcə Bayat, sonra Şahbulaq, daha sonra Şuşa qalalarında məskunlaşdırılmışdı. XVIII əsrin 80-ci illərində İbrahimxəlil xanın özünün yaxın müttəfiqi, Xoy hakimi Əhməd xanla birlikdə Təbriz üzərinə yürüş edərək oranı tutmuş, şəhəri öz aralarında bölüşdürmüşdülər. O, qardaşı oğlu Əsədulla bəyi Təbriz xanlığının hakimi təyin etdikdən sonra oradan xeyli seçmə sənətkar və tacir ailəsini gətirib həmin məhəllədə yerləşdirmişdi. Sonralar burada İranın Qaradağ mahalından, Naxçıvan, Şirvan və başqa yerlərdən gələnlər də məskunlaşmışdılar.

“Təbrizli məhəlləsi”nin camaatı həm xanlıq, həm də rus hakimiyyəti dövründə azad icma olmuş və dövlətə vergi vermişlər. XIX əsrin axırlarında məhəllənin bir hissəsi “Ağadədəli”, bir hissəsi isə “Xocamircanlı məhəlləsi”nə qarışmışdır.

Kiçik məhəllələrdən biri olan “Qazançılı” şəhərinin yuxarı hissəsində yerləşirdi. Buranın əsas əhalisi XVIII əsrin ikinci yarısında İbrahimxəlil xan tərəfindən Ordubadın Qazançı kəndindən gətirilərək kompakt şəkildə Qalada yerləşdirilib və onların məskunlaşdıqları məhəllə “Qazançılı” adlandırılıb.

Şəhərin əsas məhəllələrindən olan “Əylisli”nin əsas sakinləri Ordubad ərazisindən - qədim sənətkarlıq və ticarət mərkəzi olan Əylis kəndindən idilər. XVIII əsrin ortalarında İran-Türkiyə müharibələri nəticəsində kənd dağıdılmış, əhalisi pərən-pərən düşmüşdü. İbrahimxəlil xan kəndin didərgin düşmüş əhalisindən bir hissəsini bir yerə toplayıb Şuşaya gətirərək burada məskunlaşdırıb. Yığcam halda yaşadıqları üçün öz məhəllələrini gəldikləri yerin adı ilə “Əylisli” adlandırıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Ağdamda ölümlə nəticələnən yol qəzası baş verib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Naxçıvan şəhərində evdə baş verən yanğın söndürülüb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Nazir: Qarabağ Universitetinə proqram rəhbərləri seçilib, əlavə vakant yerlər də açılacaq – EKSKLÜZİV

Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu

NDU-nun kafedra müdiri: Naxçıvanda fiziki məhdudiyyətli uşaqların sayı azalıb

Cari ilin birinci rübündə ixrac edilən xam neft və neft məhsullarının dəyəri açıqlanıb

Emin Əmrullayev: Dünya universitetlərinin reytinq siyahısında yer almaq üçün ixtisaslaşma vacib rol oynayır

Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Birinci rübdə neft koksunun ixracı 7 faizdən çox azalıb

Azərbaycanda Türkiyənin Sığorta Birliyinə bənzər təşkilatın yaradılması nəzərdə tutulur

Məleykə Abbaszadə: Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir - EKSKLÜZİV

“İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” kitabının VI cildi nəşr olunub

Məhkumluqdan azad olunmasına üç ay qalmış bir qrup şəxsin qiymətləndirilməsi aparılıb

Taksford At Muzeyi onilliyini qeyd edir

Si Cinpin Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edib

Naxçıvanqalanın bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən ön divarlarından biri uçub

Şərurun Kərimbəyli kəndində yanğın baş verib VİDEO

Energetika naziri: Azərbaycan yaşıl hidrogen üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq

Azərbaycan Premyer Liqasında daha iki turun oyun cədvəli açıqlanıb

“Tesla” 14 min əməkdaşını ixtisar etməyi planlaşdırır

Kopenhagendə birja binasında yanğın baş verib

Tovuzda 23 yaşlı gənc bıçaqlanıb VİDEO

ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib

“İrAero” Nijni Novqoroddan Bakıya aviareyslər açıb

Zelenski: ABŞ-ın dəstəyi olmadan Kiyevin qələbə şansı yoxdur

Azərbaycan dili üzrə sertifikasiya imtahanı payızda keçiriləcək - EKSKLÜZİV

Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir

Gürcüstanın xarici ticarət dövriyyəsi 6,5 faiz azalıb

Elnur Eltürk: Marneuli “Vikipediya” klubunun üzvləri Azərbaycana aid yüzlərlə məqalə yaradıblar

Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMAN

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev: Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək

A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident: Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

On dörd nəfər Bakı məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib

Prezident İlham Əliyev: Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır

Azərbaycan Prezidenti: Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur

Prezident: Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb

“Lufthansa” bu gündən Təl-Əviv, Əmman və Ərbilə uçuşları bərpa edəcək

Növbəti illərdə Azərbaycan hökumətinin qarşısında duran əsas infrastruktur layihələri açıqlanıb

Prezident: Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir

Taxıl biçini həyata keçirəcək mexanizatorlar üçün təlimlərə start verilir

İsrail XİN 32 ölkəni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Azərbaycan Prezidenti: Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq

Azərbaycan gimnastları Çexiyada beynəlxalq turnirə qatılacaqlar

Yığmanın basketbolçusu: Parisdə fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq

Prezident İlham Əliyev: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq

Prezident: Son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub
Dövlətimizin başçısı tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

FHN: Ötən sutka ərzində 26 halda yanğına çıxış olub

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Buraxılış imtahanlarının nəticələri açıqlanıb: 39 nəfər 300 bal toplayıb

Monqolustanda meşə yanğınları 70 min hektar əraziyə ziyan vurub

Federasiya prezidenti: Belə davam etsək, Azərbaycanda reqbiyə maraq kəskin artacaq - MÜSAHİBƏ

BDU-nun “SABAH” qruplarının tələbələri Fiziologiya İnstitutunda infosessiyada

Sabah ölkə ərazisində əsl yaz havası olacaq

Cəlilabadda kartof istehsalçıları və ixracatçıları ilə görüş olub

Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş şəxslər Rusiyadan ölkəmizə ekstradisiya edilib

Bu il pensiya, müavinət, təqaüd və ünvanlı yardımlar üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib

Yapon atlet turnikdə 24 saat ərzində 8940 dəfə dartınıb

“Birlikdə planetimizi yaşıllaşdıraq” adlı ekoloji layihənin icrasına başlanılıb

Nazir: Bu ilin sonunadək tranzaksiyaların əksəriyyəti elektron formata keçəcək

Azərbaycan Texniki Universitetində “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində görüş olub

“Gilavar Foto Klubu” beynəlxalq mükafatlara layiq görülüb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 sentyabr tarixli 423 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qarabağ Universitetində doktorantura səviyyəsi üzrə tədris aparılacaq

Saniyədə 156 trilyon kadr sürəti ilə çəkən kamera yaradılıb

Mütəxəssis: 45 yaşdan sonra kişilər ildə bir dəfə kardioloji “check-up” müayinəsindən keçməlidir

“Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin “Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında” 1973-cü il 28 noyabr tarixli 377 nömrəli və “Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında” 1988-ci il 3 noyabr tarixli 393 nömrəli qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşları üçün üç yer ayrılıb

AQTA soğan yetişdirilən təsərrüfatlarda monitorinqlər aparıb

Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin maaşına əlavənin müddəti uzadılıb

BMU 10 istiqamət üzrə doktoranturaya qəbul elan edir

Dövlət orqanlarının təsnifatı genişləndirilir

Botanika İnstitutunun alimləri İran ilankölgəsi bitkisinin köklərini fitokimyəvi tədqiq ediblər

“Şükriyyə” tamaşası yenidən Milli Dram Teatrının səhnəsində

Yeni tədqiqat: Qarşıdakı 20 ildə prostat xərçəngi xəstələrinin sayı iki dəfə artacaq

ABŞ prezidentinin köməkçisi Hindistana səfərini təxirə salıb

Xəzər dənizində süni torpaq sahələrinin yaradılmasında əsas məqsəd açıqlanıb

Azərbaycan ilə Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb

Azərbaycan minifutbol yığmasının Monteneqro toplanışı üçün heyəti açıqlanıb

Fəqan Şahverdiyev: Müsadirə olunan narkotik vasitələrin “qara bazar” qiyməti 116 milyon 815 min AZN təşkil edir