MƏDƏNİYYƏT


“Şuşanın qoxusu gəlir” kitabının təqdimatı olub

Bakı, 22 yanvar, AZƏRTAC

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin dəstəyi ilə Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Elzamin Təhməzovun xatirəsinə həsr edilən “Şuşanın qoxusu gəlir” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Yazıçılar Birliyinin üzvü Mənsurə Qaçayqızının müəllifi olduğu kitabda şəhid polkovnik-leytenantın döyüş yoldaşları və yaxınlarının xatirələri toplanılıb, qəhrəmanın keçdiyi döyüş yolu işıqlandırılıb.

Tədbir şəhidin xatirəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başlanılıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə torpaqlarımızın azad edilməsi uğrunda müharibənin qəhrəmanlarının tanıdılması və təbliğində belə əsərlərin rolundan danışıb, xalqımıza möhtəşəm Zəfər sevinci yaşadan igidlərin döyüş yolunun böyüməkdə olan gənc nəsil üçün örnək olacağını qeyd edib.

Digər çıxış edənlər şəhid polkovnik-leytenantın həyat və döyüş yolunun ayrı-ayrı epizodlarını xatırladıb və kitabın vətənpərvərlik tərbiyəsində müsbət rol oynayacağını bildiriblər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.