MƏDƏNİYYƏT


“Şuşanın tarixi şəxsiyyətləri və mədəniyyəti” mövzusunda tədbir keçirilib

Bakı, 6 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında “Şuşa İli” ilə əlaqədar növbəti tədbir keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Şuşanın tarixi şəxsiyyətləri və mədəniyyəti” mövzusunda iştirakçılara məlumat verilib. Qeyd edilib ki, Şuşa Qarabağın gözəlliklər diyarı, mədəniyyət beşiyi olmaqla yanaşı, həm də bir çox tarixi şəxsiyyətləri, şair və yazıçıları, görkəmli incəsənət və mədəniyyət xadimləri ilə məşhurdur. Bundan əlavə, Çingiz Qacarın “Qədim Şuşa” kitabında yer alan Şuşanın tarixi, mədəniyyət və incəsənət guşələri, şəhərsalma incəlikləri, elm xadimləri, həmçinin məkanları barədə tədbir iştirakçılarına məlumat verilib.

Sonda tədbir iştirakçıları “Şuşa İli”nə həsr olunmuş sərgi ilə tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.