CƏMİYYƏT


Şüşə tullantı və işlənmiş batareya təhvil verənlərə ağac tingləri hədiyyə olunacaq

Şüşə tullantı və işlənmiş batareya təhvil verənlərə ağac tingləri hədiyyə olunacaq

Bakı, 14 mart, AZƏRTAC

“Bir ağac - min nəfəs” devizi altında növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə martın 15-də Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aksiya zamanı vətəndaşlar minimum 5 litr tutumu olan şüşə tullantı və ya 10 işlənmiş batareya təhvil verərək əvəzində ağac tingləri əldə edə biləcəklər.

Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkməyə və qorumağa, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmağa çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.