CƏMİYYƏT


“Şüşə tullantıları təhvil ver, təkrar emala dəstək ol” aksiyası keçiriləcək

“Şüşə tullantıları təhvil ver, təkrar emala dəstək ol” aksiyası keçiriləcək

Bakı, 16 mart, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə martın 18-də “Şüşə tullantıları təhvil ver, təkrar emala dəstək ol” aksiyası keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tullantı olaraq şüşə butulka və ya banka qəbul olunur, şüşə butulka və ya bankaların içərisində qida qalıqları olduğu halda qəbul olunmayacaq. Ümumi tutumu 5 litr olan şüşə banka və ya butulkaya 1 ekoçanta və ya 1 ting veriləcək. Daha çox tullantı gətirən vətəndaşlara əlavə olaraq milli parklara bilet, uşaqlara kitab hədiyyə ediləcək.

Aksiya Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov, 5k (Şüşəli bazarın yanı) ünvanında yerləşən “Araz Supermarket”də saat 12:00-dan 13:00-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.