MƏDƏNİYYƏT


“Şüşədən olan və minalı muzey əşyalarının bərpası” mövzusunda növbəti onlayn mühazirə

Bakı, 8 aprel, AZƏRTAC

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşı İranə İbrahimova Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması" ixtisası üzrə təhsil alan III kurs tələbələrinə “Şüşədən olan və minalı muzey əşyalarının bərpası” mövzusunda növbəti onlayn mühazirə keçib.

AZƏRTAC xəbər verir ki, mühazirə zamanı Milli Azərbaycan Tarixi, Azərbaycan Milli Xalça və Masallı Tarix-Diyarşünaslıq muzeylərinin Elmi Bərpa Mərkəzində bərpa edilmiş eksponatlarının fotoşəkilləri əsasında, həmçinin də xaricdə aparılan bərpa prosesi haqqında məlumatlardan hazırlanmış təqdimat və elmi materiallar tələbələrin diqqətinə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.