DÜNYA


Sutka ərzində İranda koronavirusdan 128 nəfər ölüb

Tehran, 13 sentyabr AZƏRTAC

Bu günə olan məlumata görə, İranda 2089 nəfər koronavirusa yoluxub, 128 nəfər isə vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. Bununla da İranda yoluxanların ümumi sayı 402 min 29 nəfər, ölənlərin sayı isə 23 min 157 nəfərə çatıb.

Müalicəsi davam edən 3791 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 346 min 242 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Tehran daxil olmaqla İranın 14 vilayəti hələ də qırmızı zonaya daxildirlər.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.