DÜNYA


Sutka ərzində İranda koronavirusdan 161 nəfər ölüb

Tehran, 15 avqust, AZƏRTAC

Son sutkada İranda virusa 2 min 245 nəfər yoluxub, 161 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir. Bildirilir ki, bununla da İranda yoluxanların ümumi sayı 341 min 70 nəfərə, ölənlərin sayı isə 19 min 412-yə çatıb. Müalicə alan 295 min 630 nəfər sağalıb, 3 min 911 nəfərin vəziyyəti isə ağır olaraq qalır.

İranın 12 vilayəti, o cümlədən Tehran hələ də qırmızı zonaya daxildir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.