ORDU
Sutka ərzində atəşkəs rejimi 85 dəfə pozulub VİDEO
Bakı, 13 may, AZƏRTAC
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 85 dəfə pozub.
Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.
Azərbaycan Respublikasının Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şuraabad, Şirvanlı, Şıxlar, Qaraqaşlı, Mərzili, Cəvahirli, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:10]
Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
- 23.04.2024 [13:21]
Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO
- 23.04.2024 [12:19]
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür
- 21.04.2024 [15:45]
Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
- 21.04.2024 [13:09]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 20.04.2024 [15:24]