REGİONLAR


Suvarma suyunda itkinin qarşısını almaq üçün müvafiq tədbirlər görülür

Naxçıvan, 8 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin təşkilatları tərəfindən suvarma mövsümünü mütəşəkkil təşkil etmək və su itkisinin qarşısını almaq məqsədilə müvafiq tədbirlər görülür.

Muxtar respublikanın Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay 21 kilometr beton və torpaq kanal, 34 kilometr ara arxlar, 5 kilometr kollektor lildən təmizlənib, 9 kilometr yeni suvarma boru xətti çəkilib. Bundan başqa, 6 kilometr mövcud içməli su xətti, 4 kilometr suvarma boru xətti, 3 kilometr təzyiqli boru xətti təmir olunub, 1 kilometr yeni açıq drenaj kanalı qazılıb. May ayında muxtar respublikada 41 min 654 hektar torpaq sahəsi suvarılıb.

Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 410 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, müxtəlif diametrli borularla 6 min 620 metr paylayıcı boru xətti çəkilib, 80 hidrant və 60 paylayıcı hovuz quraşdırılıb.

“Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində də işlər davam etdirilib, Babək rayonunun Şəkərabad kəndində müxtəlif diametrli borularla 4 kilometr içməli su xətti, 3 kilometr kanalizasiya xətti çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.