CƏMİYYƏT
Şüvəlan qəsəbəsində tullantıların qalaqlanması nəticəsində yaranmış antisanitar vəziyyətə görə icra nümayəndəsi cərimələnib
Bakı, 8 avqust, AZƏRTAC
Xəzər rayonunun Şüvəlan qəsəbəsinin “Mayak” çimərliyində tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətti”nə daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, həmin əraziyə məişət tullantılarının atılması nəticəsində qanunsuz zibilxana yaranıb. Faktla bağlı protokol tərtib olunub, Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbəsi üzrə icra nümayəndəsi Mirzərauf Axundov inzibati qaydada 2000 manat məbləğində cərimə edilib. Ərazidə mövcud zibilxananın yığışdırılaraq antisanitar vəziyyətin aradan qaldırılması və nəzarətin gücləndirilməsi üçün Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə “məcburi göstəriş” verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]