REGİONLAR


“Şüvəlan” yoldaşlıq oyununda “Şahdağ”a qalib gəlib

Qusar, 22 avqust, Elxan Yusifli, AZƏRTAC

Futbol üzrə Azərbaycanın I divizionunda çıxış edən Qusarın “Şahdağ” futbol klubu yoldaşlıq oyununda məğlub olub.

AZƏRTAC xəbər verir ki, “Azal Arena”da keçirilən matçda kollektivin rəqibi “Şüvəlan” komandası olub. Növbəti mövsümə hazırlaşan qusarlı futbolçular meydandan 1-2 hesablı məğlubiyyətlə ayrılıb. “Şahdağ”ın heyətində yeganə qolu Elmar Yəhyabəyov vurub.

“Şahdağ” komandasının yeni mövsümə hazırlıq çərçivəsində bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınaması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.