CƏMİYYƏT


Şüvəlanda “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbir keçirilib

Bakı, 24 sentyabr, AZƏRTAC

Bakının Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli respublika xüsusi internat məktəbində “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbir keçirilib. Tədbir Pirallahı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə baş tutub.

AZƏRTAC xəbər verir ki, tədbirdə 4 nömrəli respublika xüsusi internat məktəbinin direktoru Vəfa Seyidova 1967-ci ildən fəaliyyət göstərən məktəbin 2013-cü ildə Heydər Əliyev Fondu tərəfindən yenidən inşa olunması və sonrakı fəaliyyəti barədə məlumat verib, valideyn himayəsindən məhrum olan uşaqlara dövlət tərəfindən göstərilən diqqət və qayğı barəsində danışdı.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ölkəmizdə uşaqların gələcəyi ilə bağlı müxtəlif layihələrin həyata keçirildiyini deyib. Bildirilib ki, xüsusilə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun prioritet məqsədlərindən biri uşaqlara diqqət və qayğı göstərməkdir. Fondun əsas məqsədi əhalinin ən zəif, xüsusi müdafiəyə ehtiyacı olan təbəqələrinə, ilk növbədə, xəstə və valideyn himayəsindən məhrum uşaqlara kömək göstərməkdir.

“Ümummilli lider Heydər Əliyev uşaqların ən yaxın dostu və qayğıkeşi idi. Bu gün onun bu siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uşaqlara göstərilən diqqət və qayğı da dövlət siyasətinin əsas istiqamətlərindəndir. Uşaqlar bizim gələcəyimizdir. Günü-gündən inkişaf edən, çiçəklənən respublikamızın gələcəyi sizlərin əlindədir”- deyə H.Şikarov qeyd edib.

Tədbir bədii hissə ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.