İDMAN


Şüvəlanda açıq havada keçirilən şahmat turnirinin qalibləri müəyyənləşib

Bakı, 14 avqust, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Idea” şahmat klubunun təşkilatçılığı ilə avqustun 14-də açıq havada şahmat turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, Şüvəlanda yerləşən Uşaq İstirahət və Sağlamlıq Mərkəzində tamaşaçısız keçirilən yarış 12 avqust -Beynəlxalq Gənclər Gününə həsr edilib. Yarışda 60 şahmatçı mübarizə aparıb.

Doqquz turluq mübarizənin sonunda yarışın qalibi, bütün oyunlarını qələbə ilə başa vuran Paşam Əlizadə olub. İkinci yeri 7,5 xalla Rüstəm Rüstəmov, üçüncü yeri isə 7 xalla Yusif Mustafazadə tutublar.

Yarış zamanı iştirakçılar tibbi maskalardan istifadə ediblər. Bundan əlavə, yarışdan əvvəl və turnirin gedişatında iştirakçıların hərarəti ölçülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.