CƏMİYYƏT


Şüvəlanda fermadan oğurluq edən şəxs tutulub

Bakı, 29 sentyabr, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə Şüvəlan qəsəbəsi ərazisindəki bir fermadan 8500 manat dəyərində arpa və 200 ədəd dibçəyin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Cavid Məmmədov və İrşad Musalı müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.