CƏMİYYƏT


Şüvəlanda yay düşərgəsinin ikinci növbəsi yekunlaşıb

Bakı, 9 avqust, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə avqustun 1-dən 9-dək Şüvəlan qəsəbəsindəki Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində (şəhid, qazi və çoxuşaqlı ailələrin övladları, intellektual, yaradıcı, idman, bilik qalibləri) keçirilən yay düşərgəsinin ikinci növbəsi yekunlaşıb.

AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, yay düşərgəsi zamanı Sabunçu, Qaradağ, Xəzər Gənclərin Sosial Xidmət Müəssisələri tərəfindən gənclərin asudə vaxtının səmərəli təşkili və dəyərləndirilməsi, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi, insan hüquqları, liderlik keyfiyyətlərinin inkişafı mövzularında təlimlər, rəsm üzrə ustad dərsləri və rəqs məşğələləri keçirilib.

Düşərgədə iştirakçılar üçün, həmçinin maraqlı, əyləncəli və intellektual oyunlar, komanda quruculuğu, şəbəkələşmə, müxtəlif yeni tanışlıqlar, idman oyunları, konsert proqramı və sair fəaliyyətlər təşkil edilib.

Respublikanın 20 rayon və şəhərindən 100 gəncin iştirak etdiyi düşərgənin sonuncu günündə gənclərin rəngarəng və maraqlı çıxışlarından ibarət karnaval gecəsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.