SİYASƏT


Suverenliyin və ərazi bütövlüyünün dəstəklənməsi Aİ və Şərq Tərəfdaşlığı ölkələri arasında münasibətlərin mühüm elementidir

Berlin, 30 may, AZƏRTAC

Milli suverenliyin və ərazi bütövlüyünün dəstəklənməsi Avropa İttifaqı (Aİ) ilə Şərq Tərəfdaşlığı ölkələri arasında münasibətlərin mühüm elementidir.

AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında bəyan edib.

O bildirib ki, daha təhlükəsiz və yekdil olan Avropa qitəsində birgə fəaliyyət göstərərkən Helsinkidə təsbit edilmiş prinsiplər unudulmamalıdır.

C.Borellin çıxışının mətni təşkilatın saytında yerləşdirilib.

Qəribə işdir, Borell BMT Təhlükəsizlik Şurasında çıxış edərkən Nikol Paşinyanın dondurulmuş münaqişələrin təkcə ərazisi işğal edilmiş ölkəni deyil, həm də həmin ərazini işğal etmiş ölkəni, habelə işğal zonasındakı oyuncaq beşinci kolonları razı salan həlli variantı barədə mikroinqilab təklifini “nədənsə” xatırlamayıb. Yəqin ki, Avropa İttifaqı öz müqəddəratını təyin etmə prinsipinin başa düşülməsində Ermənistanda hələ “öz müqəddəratını təyin edən” Böyük Tiqran dövründən əldə edilmiş səviyyəyə “çatmayıb”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.