DÜNYA


Süveyş kanalından bir gündə rekord sayda yük gəmisi keçib

Qahirə, 7 avqust, AZƏRTAC

Qlobal ticarət əlaqələrinin 12 faizini təmin edən və Misirin əsas valyuta mənbələrindən biri olan Süveyş kanalından avqustun 6-da rekord sayda yük gəmisi keçib. Süveyş Kanalı İdarəsinin rəisi Usamə Rabiyə jurnalistlərə müsahibəsində bildirib ki, şənbə günü kanaldan 5,2 milyon ton yük daşıyan 89 gəmi keçib. Onun sözlərinə görə, şimal istiqamətindən 44, cənub istiqamətindən isə 45 gəmi təhlükəsiz şəraitdə yola salınıb.

AZƏRTAC xəbər verir ki, genişləndirmə işləri tamamlandıqdan sonra Süveyş kanalının gündəlik tranzit həcmi daha da artıb. Ən yüksək göstərici ötən il sentyabrın 21-də qeydə alınıb. Həmin gün kanaldan 87 gəmi keçib. Bununla yanaşı, Süveyş kanalının gəlirləri də rekord səviyyəyə çatıb. Belə ki, iyulda gəmilərin keçidindən aylıq tranzit gəlir 704 milyon dollara çatıb. Hazırda Misir hökuməti Süveyş kanalının ikitərəfli seqmentinin daha 10 kilometr uzadılması və eninin 40 metr genişləndirilməsi layihəsini həyata keçirir. Bu, kanaldan supertankerlərin və daha böyük quru yük gəmilərinin rahat keçməsini təmin edəcək.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.