SİYASƏT
Suzan Elliott: Qlobal Bakı Forumunun panel müzakirələri çox səmərəli, məhsuldar oldu VİDEO
Bakı, 7 noyabr, Xəyalə Cəfərova, AZƏRTAC
VIII Qlobal Bakı Forumunda iştirak etməkdən məmnunam.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Amerika Xarici Əlaqələr üzrə Milli Komitəsinin prezidenti Suzan Elliott deyib.
Forumun keçirilməsi təşəbbüsünə və dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edən S.Elliott, həmçinin Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən söz açaraq bildirib: “Panel müzakirələri çox səmərəli və məhsuldar oldu. Müzakirə etdiyimiz məsələlərdən biri də Azərbaycanla Ermənistan arasında təkcə atəşkəsə deyil, həm də sülh sazişinə ehtiyacın olması haqqında idi. Təkcə region ölkələri deyil, hətta ABŞ da bu məsələnin siyasi və iqtisadi cəhətdən irəliləməsi üçün işlər görməlidir”.