İDMAN


Şvartsman növbəti mövsümü Formula 3-də keçirəcək

Bakı, 24 yanvar, AZƏRTAC

“Ferrari” yürüş akademiyasının rəhbərliyi öz pilotlarının qarşıdakı mövsüm üçün planları barədə danışıb. Burada təsdiq ediblər ki, Avropa Formula 3 seriyasının çempionu, akademiyaya yeni seçilmiş Mik Şumaxer Formula 2-də iştirak edəcək. Bu seriyada Mik Şumaxerlə bərabər Culiano Alezi və Kallum Aylott da çıxış edəcəklər.

AZƏRTAC “Ferrari” yürüş akademiyasının rəsmi saytına istinadla xəbər verir ki, “Ferrari” Formula 3-də özünün iki yetirməsi – Robert Şvartsman və Markus Armstronq ilə təmsil olunacaq.

Xatırladaq ki, bu, tarixdə ilk Formula 3 mövsümü olacaq. Bu seriya Avropa Formula 3 seriyası ilə GP3-ün birləşməsi nəticəsində yaranıb.

Gənclər proqramının digər pilotlarına gəldikdə, Entso Fittipaldi yeniyetmələrin regional seriyalarında, Canluka Petekof isə Formula 4-də iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.