İDMAN
“Synergy Baku” velosiped komandası “Tour of Mersin” yarışına uğurla başlayıb
Bakı, 19 aprel, AZƏRTAC
“Synergy Baku” kontinental velosiped komandası Türkiyədə keçirilən “Tour of Mersin” yarışına uğurla başlayıb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı 4 günlük yarışının ilk mərhələsi Azərbaycanın elit yığması və “Synergy Baku”nun üzvü Kiril Pozdnyakovun qələbəsi ilə başa çatıb.
123 kilometr məsafəni hamıdan tez başa vurmaqla finiş xəttini birinci keçən təmsilçimiz bununla həm də ümumi təsnifatda liderliyi ələ keçirib. Mərhələ qalibiyyəti, həmçinin velosipedçimizə 7 reytinq xalı da qazandırıb.
Aprelin 20-də keçiriləcək ikinci mərhələdə velosipedçilər 164,4 kilometr məsafə qət edəcəklər.
“Synergy Baku” komandası “Tour of Mersin” yarışında Elçin Əsədov, Kərim Şirəliyev, Kiril Pozdnyakov, Aleksandr Polivoda, Telman Vəliyev, Musa Mikayılzadə və Kənan Qəhrəmanlı ilə təmsil olunur.
Qeyd edək ki, Kiril Pozdnyakov bu ilin fevralında Türkiyədə keçirilən birgünlük Alanya Qran-Prisində də qələbə sevinci yaşamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]