TƏBİƏTƏ QƏSD EDƏNLƏR CƏZALANDIRILIR
Qazax şəhərindəki 2 nömrəli ərazi ekologiya və təbii sərvətlər şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, cari ilin 9 ayı ərzində bu təşkilatın əhatə etdiyi rayonlarda yaşıllıqları məhv edənlərə qarşı mübarizə tədbirləri gücləndirilmişdir. Nəticədə 17 nəfərə məcburi göstəriş tətbiq edilmiş, 53 nəfər 12 milyon 868 min manat məbləğində cərimələnmişdir. Eyni zamanda, qanunu pozanlara qarşı qaldırılmış 50 milyon 926 min manat iddianın 16 milyon 547 min manatı ödənilmişdir. Həmin müddətdə 165 təşkilatdan 24 milyon 213 min manat cərimə tutulmuşdur. Məhkəməyə göndərilmiş 23 işdən 7-nə baxılaraq müvafiq tədbirlər görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
AMEA-da yeni şöbələr yaradılıb
- [10:44]
Azərbaycan nefti bahalaşıb
- [09:39]
Təzadlı obrazlar ustası
- [08:00]