MƏDƏNİYYƏT
“TƏBİƏTİ TƏSVİR ET” FOTOSƏRGİ-MÜSABİQƏSİ KEÇİRİLMİŞDİR
Birliyin sədri Azad Əliyev sərgi-müsabiqəni açaraq bildirmişdir ki, tədbiri keçirməkdən məqsəd Vətəndaş Cəmiyyətinin diqqətini biomüxtəlifliyin qorunmasına cəlb etməkdir. O vurğulamışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi biomüxtəlifliyin qorunması ilə bağlı müxtəlif tədbirlər həyata keçirir. Hazırda nazirlikdə bu sahədə bir sıra layihələrin də reallaşdırılması istiqamətində iş aparılır. Natiq bildirmişdir ki, onun rəhbərlik etdiyi kollektiv ictimai qurum olsa da, onlar ölkə Prezidenti İlham Əliyevin bu sahədə imzaladığı Proqram çərçivəsində fəaliyyət göstərirlər.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Yaşar Hüseynov, Bakı Dövlət Universitetinin dosenti Nuru Elxan və başqaları ekologiyanın qorunması kimi böyük əhəmiyyət kəsb edən məsələyə insanların diqqətinin artırılmasında belə tədbirlərin əhəmiyyətini vurğulamışlar. Bəzi ali məktəblərdə ekologiya ilə bağlı kafedraların açılması yaxşı hal kimi diqqətə çatdırılmışdır.
Axırda münsiflər heyətinin qərarına əsasən, qaliblərə mükafatlar və şəhadətnamələr təqdim olunmuşdur.
Asim Talıb “Qran-pri”yə, Fərid Xayrulin, Yevgeniya Nəcəfova, Etibar Məmmədov isə, müvafiq olaraq, 1, 2 və 3-cü yerlərə layiq görülmüşlər.