CƏMİYYƏT


TƏBİB: Odlu silahdan xəsarət alanlardan birinin vəziyyəti stabil, digərinin orta ağırdır

TƏBİB: Odlu silahdan xəsarət alanlardan birinin vəziyyəti stabil, digərinin orta ağırdır

Bakı, 10 mart, AZƏRTAC

Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir.

TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdəbir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir.

Sağ baldırın aşağı üçdəbir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb. Vəziyyəti orta ağır qiymətləndirilir.

Xatırladaq ki, paytaxtın Nəsimi rayonunda Bakı Dövlət Sirkinin yaxınlığında atışma olub. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.