CƏMİYYƏT


TƏBİB Tərtərdə minaya düşərək xəsarət alanlarla bağlı məlumat yayıb

Bakı, 1 oktyabr, AZƏRTAC

Tərtər rayonunda minaya düşərək xəsarət alan 1976-cı və 1990-cı il təvəllüdlü şəxslər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, hər iki yaralı xəstəxanaya sol ayağın baldır nahiyəsinin travmatik amputasiyası, çox saylı qəlpə yaraları diaqnozu ilə daxil olub.

Hazırda hər iki pasiyent əməliyyatdadır.

Onlardan birinin vəziyyəti ağır, digərinin isə orta ağır olaraq qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.