CƏMİYYƏT


TƏBİB Xalq artisti Səməd Səmədovun ölüm səbəbini açıqlayıb

Bakı, 24 iyul, AZƏRTAC

TƏBİB Xalq artisti Səməd Səmədovun ölüm səbəbini açıqlayıb.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış AZƏRTAC-a bildirib ki, Xalq artisti Səməd Səmədov iyulun 23-də 60-70 faiz faturasiya ilə Yeni klinika tibb müəssisəsinə daxil olub. Döş qəfəsi kompüter tomoqrafiyasının nəticələrinə əsasən onda koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib. Bütün səylərə baxmayaraq, COVID ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib, böyrək çatışmazlığı yaranıb, təəssüf ki, Xalq artistinin həyatını xilas etmək mümkün olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.