CƏMİYYƏT


TƏBİB-də YAP-ın ərazi partiya təşkilatı yaradıldı

Bakı, 1 iyul, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının Tibbi Ərazi Bölmələrinin İdarəedilməsi Birliyi (TƏBİB) üzrə ərazi partiya təşkilatı təsis edilib.

AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, keçirilmiş iclasda TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP Nərimanov rayon təşkilatının və TƏBİB-in YAP üzvü olan əməkdaşları iştirak ediblər.

TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva qurumun əməkdaşlarının əksəriyyətinin gənclərdən ibarət olduğunu, 30 faizə yaxın TƏBİB əməkdaşının isə YAP-ın üzvü olduğunu qeyd edib, ərazi partiya təşkilatının fəaliyyətinə uğurlar arzulayıb. Bildirilib ki, yeni ərazi partiya təşkilatı vasitəsilə YAP-ın tədbirlərində və təşəbbüslərində fəal iştirak ediləcək, birgə tədbirlər həyata keçiriləcək.

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev 800 minə yaxın üzvü olan partiyanın bu il 30 illiyinin qeyd ediləcəyini vurğulayıb. Qeyd olunub ki, gənclər YAP-ın yarandığı ilk gündən onun qurucusu, ulu öndər Heydər Əliyevin və YAP-ın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşiblər. Təşkilat sədri bildirib ki, YAP-ın Nərimanov rayon təşkilatının 116 ərazi partiya təşkilatı var və TƏBİB-də yaradılmış ərazi partiya təşkilatı da qurumun işinə öz töhfəsini verəcək, birgə tədbirlər həyata keçiriləcək.

İclasda TƏBİB-in İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsini icra edən Şəmsi Gülverdiyev ərazi partiya təşkilatının sədri, İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin koordinatoru Kənan Kərimov isə sədr müavini seçilib.

Sonra birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.