CƏMİYYƏT


TƏBİB-in İdarə Heyətinin sədri: Həftənin ötən günləri ərzində koronavirusa yoluxan 384 nəfər sağalıb

Bakı, 22 may, AZƏRTAC 

Mayın 19-da sağalanların sayı yoluxanların sayını üstələyib. Biz bu cür tendensiyanı arzu edirik. Epidemioloji vəziyyəti nəzarətdə saxlaya bilsək və xəstəxanalara daxil olan xəstələr sağaldıqca qarşıdakı günlərdə bu sayın daha yüksək olacağını gözləyirik. Buna uyğun bütün əks-epidemik tədbirlər icra olunmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, bu həftənin ötən günləri ərzində 384 nəfər sağalıb. Ötən həftə isə xəstəlikdən sağalanların sayı 365 nəfər olub. Həftə başa çatmasa da, sağalanların artım dinamikası var: “Ötən həftə 7 nəfər koronavirus səbəbindən vəfat edib. Bu həftənin ötən müddətində də 7 nəfər COVID-19 infeksiyası səbəbindən dünyasını dəyişib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.