CƏMİYYƏT


TƏBİB-in departament müdiri: İnfeksiyaya nəzarət komitəsinin rəhbərliyi tibb müəssisəsinin idarə heyətinə tapşırılmalıdır

Bakı, 30 iyul, AZƏRTAC

Tibb müəssisələrinin rəhbərləri infeksiyaya nəzarət proqramını tətbiq etməzdən əvvəl xəstəxanada mikrobioloji laboratoriyanın mövcudluğunun vacib olduğunu bilməlidirlər. İnfeksiyaya nəzarət proqramının tətbiqi üçün tibbi personal arasında həkim-epidemiloqların olması da çox vacibdir.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva “Xəstəxanalarda infeksiyaya nəzarət proqramlarının tətbiqi” mövzusundakı çıxışında deyib.

Bildirib ki, tibbi personal arasında həkim-epidemioloqlar olmadığı halda həkim-mikrobioloqlar və ya həkim-infeksionistlər də infeksiyaya nəzarət proqramına qoşula bilərlər: “Daha sonra xəstəxananın bütün aparıcı mütəxəssislərindən ibarət komitə yaradılmalı və proqram tərtib olunmalıdır. Mütləq şəkildə həmin komitədə baş tibb bacısı, farmaseft və texniki cihazların təmiri ilə məşğul olan işçi olmalıdır. İnfeksiyaya nəzarət komitəsinin rəhbərliyi idarə heyətinə - ya baş həkim, ya da baş direktora tapşırılmalıdır. Çünki infeksiyaya nəzarət komitəsində qəbul olunan qərarlar, proqramlar bəzən administrativ xarakter daşıyır. Bir sıra hallarda cəzalandırma və ya qadağalar tətbiq edilə bilər. Misal üçün, xəstəxananın müvafiq şöbəsində karantin rejiminin tətbiqi məsələsində xəstəxana rəhbərliyi bu qərarın yerinə yetirilməsində iştirak etməlidir. Əks halda, qərar qüvvəyə minməyəcək”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.