CƏMİYYƏT


TƏBİB-in dəstəyi ilə tibb müəssisələri yeni avadanlıqlarla təchiz olunur

Bakı, 8 fevral, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Perinatal Mərkəz yeni tibbi avadanlıqlarla təchiz edilib.

AZƏRTAC-a TƏBİB-dən verilən məlumata görə, Perinatal Mərkəzin Neonatal reanimasiya və intensiv terapiya şöbəsi vaxtından əvvəl doğulmuşlar üçün yeni reanimasiya zalı, müasir küvəzlər, çoxfunksiyalı monitorlar, infuzomatlarla təmin olunub.

Bununla yanaşı, tibb müəssisəsində panel vasitəsilə hava oksigen vakuum nöqtəsi olmaqla 8 reanimasiya çarpayısı artırılıb. 2 reanimasiya masası və Neopuff -T- Parçalı canlandırıcı cihazı da yeni avadanlıqlar sırasındadır.

Perinatal Mərkəzdə yeni avadanlıqların təchizindən sonra eyni anda müxtəlif dərəcəli tənəffüs dəstəyinə, neonatal reanimasiya xidmətinə ehtiyacı olan 20 körpəyə xidmət etmək mümkün olacaq.

Yeni reanimasiya zalı vaxtından əvvəl doğulmuş az, çox az və ekstremal az çəkili körpələrin çeşidlənməsi baxımından müalicə işinə müsbət təsir göstərəcək.

Əlavə olaraq Qadın sağlamlıq kabineti kolposkop, ROP müayinəsi üçün indirekt oftolmoskop və KTQ aparatları, 3D və 4D USM avadanlıqları ilə təmin olunub.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.