REGİONLAR


TƏBİB-in icraçı direktoru: Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ürək-damar cərrahiyyəsi əməliyyatları da aparılacaq

TƏBİB-in icraçı direktoru: Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ürək-damar cərrahiyyəsi əməliyyatları da aparılacaq

Lənkəran, 3 fevral, İlkin Adıyev, AZƏRTAC

Əvvəllər Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ürək-damar cərrahiyyəsi üçün vətəndaşlara müqaviləli tibb müəssisələrinə göndəriş verilirdi. Artıq bu problem aradan qaldırılıb, vətəndaşlar elə xəstəxananın özündə müalicə ediləcəklər. Xəstəxanada yaradılan iki şöbədə ürək-damar xəstəliklərinin müalicəsi, məsələn, aorto-koronar şuntlama əməliyyatı, anadangəlmə ürək qüsurlarının müalicəsi üçün aparılan əməliyyatlar mümkün olacaq.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, Türkiyə, İtaliya, Gürcüstan və digər xarici ölkələrdə fəaliyyət göstərmiş, eləcə də ixtisasartırma kurslarında iştirak etmiş, paytaxtda müxtəlif özəl tibb müəssisələrində çalışmış uzman kardioloq və ürək-damar cərrahları vətəndaşlara xidmət edəcəklər. “Bu, bizə dövlət tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməyə və tibbi xidmətlərin keyfiyyətini yüksəltməyə imkan yaradacaq”, - deyə o əlavə edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.