CƏMİYYƏT


TƏBİB-in təşkilatçılığı ilə mütəxəssislərdən ibarət Koordinasiya Qrupu yaradılıb

Bakı, 5 iyul, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə Uronefroloji xidmətin təkmilləşdirilməsi və keyfiyyətinin artırılması, uroloji və nefroloji patologiyası olan şəxslərə əlçatan tibbi xidmətlərin təmin edilməsi, müvafiq regional mərkəzlərin qurulması məqsədilə tabeli tibb müəssisələrinin həkim-mütəxəssislərindən ibarət Koordinasiya Qrupu yaradılıb.

AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, Koordinasiya Qrupunun üzvlərinin Gəncə və Tovuza səfəri təşkil edilib.

M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayevin rəhbərliyi ilə təşkil edilən Koordinasiya Qrupunda Uroloji Xəstəxananın baş həkimi Nicat Kərimov, HB Güvən Klinikasının uşaq nefroloqu Zaur Əhmədov, C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkim-kardioloqu Ruslan Nəcəfov, Respublika Endokrinoloji Mərkəzin həkim-endokrinoloqu Samirə Xəlilova iştirak edib.

Səfər çərçivəsində nefroloji və uroloji xəstələrə göstərilən tibbi xidmətin ümumi dəyərləndirilməsi, hemodializ, laboratoriya, funksional diaqnostika şöbələrinin fəaliyyəti ilə tanışlıq, Gəncə, Tovuz və ətraf rayonlarda çalışan həkim-mütəxəssislər üçün uroloji və nefroloji xəstələrin dəyərləndirilməsi, hemodializ yardımının təşkili, xroniki böyrək xəstəliyində şəkərli diabetin müalicəsi, böyrək xəstəlikləri zamanı ürək-damar ağırlaşmaları mövzularında seminarlar təşkil edilib, müzakirələr aparılıb. Eyni zamanda mürəkkəb, ağır xəstələrin qəbulu, onlara konsultativ-diaqnostik və müalicəvi yardım təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.