CƏMİYYƏT


TƏBİB tabeliyindəki rayon mərkəzi xəstəxanalarında ürək-damar cərrahiyyəsi mümkün olacaq

TƏBİB tabeliyindəki rayon mərkəzi xəstəxanalarında ürək-damar cərrahiyyəsi mümkün olacaq

Bakı, 20 may, AZƏRTAC

Bu ildən ilk dəfə olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki rayon mərkəzi xəstəxanalarında ürək-damar cərrahiyyəsi mümkün olacaq.

AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresinin açılış mərasimində deyib.

Z.Əliyev qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən ürək-damar xəstəlikləri dünyada ölümlə nəticələnən əsas xəstəliklər arasında birinci yerdədir. Ölkəmizdə də ölümlə nəticələnən xəstəliklər siyahısında qan dövranı sistemi xəstəlikləri ön sıralardadır. İcbari tibbi sığortanın tətbiqindən sonra bir çox cərrahi əməliyyatlar kimi ürək əməliyyatları da vətəndaşlar üçün daha əlçatan olub. Vətəndaşlarımız bu xidmətlərdən dövlət tibb müəssisələri ilə yanaşı, agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində də yararlana bilirlər. Təkcə ötən il agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində həm böyüklər, həm də uşaqlar üzərində 34 mindən çox ürək-damar əməliyyatı icra olunub. Cari ilin ilk 3 ayı üçün bu rəqəm 5 mini ötüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.