ELM VƏ TƏHSİL
TACİKİSTANDA MÜƏLLİMLƏR AYDA ORTA HESABLA 10 DOLLAR ALIRLAR
Ömrünü-gününü gənc nəslin maariflənməsinə və sağlam ruhda böyüməsinə həsr edən bu nəcib peşə sahibləri o qədər az maaş alırlar ki, bir müəllim özünə və ailəsini dolandırmağa gündə, ən yaxşı halda, uzağı 54 sent xərcləyə bilər. 54 sentə isə bu günəşli diyarda heç bir kiloqram üzüm də ala bilməzsən.
Belə ağır güzəran müəllimlərin çoxunu çörəkpulu qazanmaq üçün başqa işlərdə çalışmağa, miqrantlara qoşularaq qürbət ellərə kəsbkarlığa yollanmağa vadar edir. Respublika Təhsil Nazirliyinin məlumatına görə, təkcə ötən il 3,5 min müəllim məktəbdən getmişdir. Hətta pedaqoji təhsil ocaqlarının istisnasız bütün məzunları sentyabrın 1-də onların yerinə gəlsələr də, Tacikistanda 8 min nəfərdən çox müəllim çatışmayacaqdır. Ona görə də, kənd məktəblərində bir müəllimin bir neçə fəndən dərs deməsi adi hal almışdır.