İQTİSADİYYAT


TACİKİSTANDA QİYMƏTLƏR DURMADAN QALXIR

Tacikistan Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir neçə ay ərzində respublikada bütün tələbat mallarının və xidmətlərin qiyməti orta hesabla 15 faiz artmışdır. Unun qiyməti 39 faiz, çörəyin qiyməti 23 faiz qalxmışdır. Tacikistanda istehlak səbətinin 37,2 faizini isə məhz un məhsulları təşkil edir. Əgər respublikada əvvəllər aylıq maaşı 14 dollar olan şəxs hərdənbir ət ala bilirdisə, mal ətinin qiyməti 31 faiz artıqdan sonra 1 kq ət, təxminən, 3 dollara başa gəlir.

İlin əvvəlindən elektrik enerjisi 3,2, təbii qazın qiyməti 2,2 dəfə artmışdır. Müstəqil ekspertlərin rəyinə görə, ilin axırında Tacikistanda daha böyük inflyasiya gözlənilir. Belə ki, yanacağın qiymətinin 2 dəfə artması bütün malların və xidmətlərin qiymətinin hədsiz qalxmasına səbəb olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.