ELM VƏ TƏHSİL


TACİKİSTAN İNGİLİS DİLİ MÜƏLLİMLƏRİ BİRLİYİNİN NÜMAYƏNDƏLƏRİ BAKIDA OLMUŞLAR

British Council təşkilatının idarə etdiyi Britaniyanın Hornbu Təhsil Fondunun maliyyə dəstəyi ilə Tacikistan İngilis Dili Müəllimləri Birliyinin (ETAT) prezidenti, professor Parvona Camşidov və təşkilatın Düşənbə filialının direktoru Barno Kasumova Azərbaycan İngilis Dili Müəllimləri Birliyinin (AzETA) qonağı olmuşlar.

Qonaqlar birliyin Xaçmaz filialında olmuş, Şəki, Qəbələ rayonlarında və Gəncə şəhərində AzETA-nın Hornbu Təhsil Fondunun maliyyə dəstəyi ilə keçirdiyi seminarların iştirakçıları ilə görüşmüş, təşkilatın rayonlarda filiallarının açılması üçün aparılan danışıqlarda iştirak etmişlər.

Görüşlərdə AzETA ilə əməkdaşlığı genişləndirmək üçün müxtəlif fikirlər səslənmişdir. Təkliflər sırasını hər iki təşkilatın filiallarının bir-biri ilə müstəqil olaraq əməkdaşlıq etməsi, müxtəlif xarakterli layihələrin birgə işlənməsi, təşkil olunan konfranslara digər tərəfin iştirakçı və təqdimatçı kimi dəvət olunması və s. daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.