İQTİSADİYYAT
TACİKİSTAN PREZİDENTİNİN İRANA SƏFƏRİ ANCAQ İQTİSADİ XARAKTER DAŞIYIR
Güman edildiyinə görə, İran 220 MqVT gücündə bu SES-in tikintisinə 180 milyon dollar sərmayə qoyacaqdır. Tacikistanın özünün qoyacağı sərmayənin həcmi isə 40 milyon dollardır.
Rəhmonov Anzob tunelinin inşasına dair müştərək layihənin həyata keçirilməsinin gedişi barədə məsələ də qaldırmaq fikrindədir. Bundan başqa, o, İran biznesini daha bir böyük layihənin - respublikanın mərkəzi hissəsini sənaye rayonu olan şimal hissəsi ilə birləşdirmək üçün Şəhristan aşırımından keçən avtomobil yolu çəkilməsi layihəsinin gerçəkləşdirilməsinə cəlb etməyə çalışacaqdır.
Prezident bildirmişdir ki, Tacikistan nümayəndə heyəti İran rəhbərliyi ilə ölkənin Tehrana borcunun ödənilməsi müddətini uzatmaq məsələsini də müzakirə edəcəkdir. Lakin o, borcun məbləğini açıqlamamışdır.
Tacikistan maliyyəçilərinin məlumatına görə, respublikanın xarici borcunun ümumi məbləği 910 milyon dollardır.